Poroşenko Zelenskinin debat çağırışını qəbul etdi

Ukraynanın hazırkı dövlət başçısı Petro Poroşenko onunla birgə prezident seçkilərinin ikinci turunda iştirak edəcək rəqibi Vladimir Zelenskinin Kiyevdəki “Olimpiyski” stadionunda debata çağırış dəvətini qəbul edib.
Minval.İnfo xəbər verir ki, P.Poroşenko bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, rəqibini arenada gözlədiyini qeyd edib: “Debatın qaydaları prezident seçkiləri haqqında qanunda yazılıb – oxuyun, lütfən. Debatlar ictimai televiziyanın bazasında keçirilməklə digər telekanallar vasitəsilə on milyonlarla insan üçün yayımlana bilər. Amma stadion deyirsinizsə, olsun. Sizi gözləyirəm, Vladimir Aleksandroviç”.
“Report” xatırladır ki, daha əvvəl V.Zelenski debatların “Olimpiyski” stadionunda keçirilməsi və canlı yayımlanması üçün P.Poroşenkonun qarşısında şərt qoyub. O, həmçinin prezidentliyə namizədlərin çıxışdan öncə qanda alkoqolun və ya narkotikin olub-olmamasını müəyyənləşdirmək üçün tibbi müayinədən keçməsini tələb edib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, aktyor və şoumen Vladimir Zelenski birinci turda 30,24 faiz səs toplayıb.
P.Poroşenko isə 15,95 faiz səs yığıb. “Olimpiski” stadionu 70 min tamaşaçı tutumuna malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ