Poroşenko və ailəsi xaricə saxta adlarla gedirmiş
Ukrayna prezidenti Petro Poroşenko və onun ailə üzvlərinin 2016-cı ildən etibarən xarici ölkərələrə dəfələrlə saxta adlarla getdiyi məlum olub.
“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, prezidentin ailə üzvləri üçün saxta sənədləri Ukraynanın Təhlükəsizlik Xidməti hazırlayıb.

Belə ki, Vera Lazareva (Vera Lazarieva), İvan Dehterev (Ivan Dektteriev), Yevgeniya Safonova (Evheniia Safonova), Aleksandr Sışikov (Oleksandr Syshchykov), Katerina Boyeva (Kateryna Boeiva), Vitali Kokorin (Vitalii Kokorin), Yelena Sentsenka (Olena Senchenko) və Olqa Herasimenka (Olha Herasymenko) adına sənədlər hazırlanıb.

Qeyd olunur ki, bu sənədlər Poroşenko ailəsinin bütün üzvləri və onun azyaşlı nəvəsinin dayəsi üçün nəzərdə tutulub.
Nəşr həmçinin, Poroşenko ilə ailə üzvlərinin şəxsi səfərlərini də dərc edib.

Belə ki, Ukrayna prezidenti son iki ildə üç dəfə Maldiv adalarında və İspaniyada olub, Norveç və Fransaya gedib. Bunların hamısı şəxsi səfərlər olub.
O, 2018-ci ilin yanvarında məzuniyyətini ailəsi ilə Maldiv adalarında keçirib. Prezident 8 böyük adamın və 2 uşağın məzuniyyət dövründə təkcə bir neçə ölkəyə uçuşlarına 188 min dollar pul xərcləyib, oteldə bir gün qalmağa görə 46 min dollar ödəyib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır