Polis azərbaycanlı milyarderin limuzinini saxladı - VİDEO
Bu günlərdə Sankt-Peterburq polisi azərbaycanlı milyarder Vaqif Məmişovun limuzinini saxlayıb, amma çox keçmədən bu hərəkətinə görə peşiman olub.
Minval.info haqqin-a istinadən xəbər verir ki, “Fontanka” portalının bu hadisənin şahidi olan Sergey adlı oxucusu həmin səhnənin videokadrlarını təqdim edib.
Belə ki, “Rolls-Royce Phantom” limuzini “Land Cruiser” markalı cipin müşaiyəti ilə “Giriş qadağandır” nişanının tələbini pozaraq İsaakiyevsk kilsəsi ilə “Four Seasons” otelinin arasındakı küçəyə daxil olub. Korteji Yol Patrul Polisinin üç avtomobili dərhal limuzini əhatəyə alıb.
Gerisini Sergey danışır: “Sürücüdən sənədləri götürdülər. Sərnişin mühafizəçilərin müşaiyəti ilə otelə daxil oldu. 10 dəqiqə sonra sənədləri qaytardılar və avtomobil getdi. Yol Patrul Polisinin əməkdaşlarına mühafizəçilərdən biri yaxınlaşdı və soruşdu: “Sizdə hər şey qaydasındadır?”. O da başını yellədi”
Mavi rəngli, A001AA178 dövlət nömrə nişanlı “Rolls-Royce” 30 yaşlı Arzu Vaqif qızı İsmayılovun adına qeydiyyatdadır. Həmin şəxsin adına yol hərəkəti qaydalarının pozulmasına görə beş cərimə protokolu qeydə alınıb.
Elə həmin “Rolls-Royce” əvvəl Vaqif Məmişovun qohumu, Sankt-Peterburq meriyasının gənclər siyasəti komitəsinin sədr müavini, 31 yaşlı Nizami Məmişovun adına qeydiyyatda idi.

ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ