13.08.2026 - 09:41
Kriminal 21 baxış

Piyadalar və sürücülərə xəbərdarlıq: Yol təhlükəsizliyində bir anlıq səhv həyatınıza başa gələ bilər!

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edərək, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini vurğulayıb.

Minval.info xəbər verir ki, idarədən verilən açıqlamada piyadaların yol hərəkətinin təhlükəsizliyində böyük rol oynadığı qeyd olunur. Piyadaların yol hərəkəti qaydalarına ciddi əməl etməsi, yalnız piyada keçidlərindən istifadə etməsi və hərəkət zamanı diqqətli olması tövsiyə edilir. Yolu keçərkən tələsməmək, ətrafı diqqətlə izləmək və nəqliyyat vasitələrinin hərəkətini nəzərə alaraq təhlükəsizliyə əmin olmaq vacibdir. Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən mobil telefon və digər elektron cihazlardan istifadə etməmək tövsiyə olunur.

Eyni zamanda, sürücülərin də piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmaları, piyadalara yol vermələri və diqqəti yayındıran amillərdən çəkinmələri lazımdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırır. Yollarda təhlükəsizliyin hər kəsin düzgün davranışından başladığını və bir anlıq məsuliyyətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini xatırladır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: