Piramidada yeraltı yol tapıldı
Arxeoloqlar Misirin Cosera piramidasında yeni kəşfə imza atıblar.
Ölkə.az bildirir ki, alimlərin fikrinə əsasən, yeraltı dünyaya aparan yol kəşf edilib. Qeyd edilir ki, yolun dərinliyi 20 metrdir və bir neçə alçaq dəhlizdən ibarətdir.
Varşava universitetinin arxeoloqu Kamil Kuraşkeviçin fikrinə əsasən, bu yol Fironun qəbir həyatına gedən yolunun üçölçülü modelidir.
Bundan başqa yolun dəhlizləri də var. Onlardan birində alimlər üzərində ilan təsviri olan ritual qarpunu tapıblar. Mütəxəssislərin fikrinə əsasən, silah fironu gözləyən təhlükələrdən birinin simvolu və ya qəbir həyatına gedən yolda müdafiə vasitəsi ola bilərdi.
Dünyasını dəyişən firon əbədi həyata qovuşmadan bir sıra çətinlik və maneələri dəf etməlidir. Əgər alimlərin ehtimalları özünü doğrultsa, dəhlizlər yeni tunellərə açılmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək