Peter Siyarto: “Macarıstan Xəzər qazında maraqlıdır”
“Macarıstan Xəzər qazının özünün enerji balansına daxil edilməsində maraqlıdır, lakin bunun üçün müəyyən çətinliklər mövcuddur”.
“Minval.info” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Avropada Rusiya qazından tam imtina və onun əvəzlənməsi ilə bağlı müzakirələr gedir: “Söhbət sanksiyalarından gedirsə çox böyük asılılığa görə onları tam tətbiq edə bilmirik. Bu məsələyə praqmatik, Xəzərin enerji resurslarından istifadə nöqteyi-nəzərindən yanaşırıq”.
O deyib ki, boru xətti infrastrukturunun olmaması bu niyyəti çətinləşdirir: “Avropa əlavə resursların necə reallaşdırılacağı üzərində düşünməlidir”.
Nazir enerji resurslarının qiymətinin çox yüksək olmasını da nəzərə çatdırıb.
“Minval.info”
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə