Penaltini vura bilməyən futbolçu "Brügge"nin əsas heyətindən kənarlaşdırılıb
Belçika “Brügge”sinin futbolçusu Mbaye Dianyo komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb. “Report” “Le10Sport”a istinadən xəbər verir ki, baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.
Səbəb kimi 28 yalı forvardın Fransada PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dianyo penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dianyo buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.
Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitan klub rəhbərliyi qarşısında “Ya Dianyo gedəcək, ya da mən” tələbi qoyub. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun “Antverpen”lə matçına aparmamağı qərara alıb.
Qeyd edək ki, Mbaye Dianyo “Brügge”yə keçənədək Türkiyə “Qalatasaray”ında forma geyinib. Hazırda “sarı-qırmızılar” da Çempionlar Liqasında Belçika təmsilçisi və İspaniya “Real Madrid”i ilə eyni qrupda yer alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
PSJ - "Başakşəhər" oyunu ertələndi - SON DURUM
AFFA-dan “Qarabağ”ın futbolçusuna ağır cəza
"Real" transfer bombasını partladır: 170 milyon avro...
"Monako" Falkao üçün "Qalatasaray"dan istədiyi məbləği açıqladı - RƏSMİ
Rüfət Dadaşov milliyə dəvət edildi
Dünya çempionatına aid ən gülməli kapslar
"Tottenhem" 3:1 hesabı ilə "Çelsi"yə ilk məğlubiyyətini yaşadıb