Patruşev: “Qərbin strateji məqsədi - Rusiyada “rəngli çevriliş”
“Qərbin strateji məqsədlərindən biri Rusiyada “rəngli çevriliş” etməkdir”.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
N.Patruşev iddia edir ki, Qərb Rusiyada ictimai-siyasi sabitliyi pozmaq və nəticədə, ölkədə “rəngli çevriliş” təşkil etmək üçün keçmiş Sovet İttifaqı ölkələrinə “inqilab ixrac etmək”lə məşğuldur.
O qeyd edib ki, əvvəllər SSRİ-nin tərkibində olan bəzi dövlətlərdə çevrilişlər hazırlamaq üçün Qərb Sovet İttifaqının dağılmasından sonra anadan olmuş və şüurlu yaşa qədəm qoyan insanlara arxalanıb:
“Bu insanların SSRİ barədə təsəvvürləri və fikirləri yoxdur. Gürcüstan və Ukraynanın nümunəsi göstərir ki, Rusiya ətrafında ona düşmən davranış tərzinin formalaşdırılması prosesi süni şəkildə sürətləndirilə bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən varlı siyasətçilərinin siyahısı açıqlandı
Putin gizli iş otağını nümayiş etdirib FOTO
Astronomlar ilk dəfə olaraq asteroidin rəng dəyişkənliyini görüblər
Ermənistanda sabiq millət vəkili qətlə yetirildi
Rusiyada daha bir tələbə qətliamının qarşısı alınıb