Paşinyan azərbaycanlı jurnalistin sualını cavablandırdı
Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA-nın sessiyası çərçivəsində Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandla mətbuat konfransı keçirib.
N. Paşinyan konfransda ONA-nın Avropa müxbiri Aytən Abbaslının “Sizin Vyana danışıqları ilə bağlı açıqlamalarınızla Ermənistanın müdafiə naziri David Tonoyanın bəyanatı arasında ziddiyyət olduğunu qəbul edirsinizmi” sualını cavablandırıb.
Baş nazir Vyana görüşü sonrası onun fikirləri ilə D. Tonoyanın fikirləri arasında ziddiyyət olduğunu düşünmədiyini bildirib.
“Bu, vəziyyətin bu cür şərh edilməsi ilə bağlı idi. Bizim təklifimiz odur ki, Azərbaycanla aramızda zorakılıqla təhdid etməyi, hədə-qorxu gəlməyi, bu cür sözlər istifadə etməyi dayandıraq. Biz cəmiyyətlərimizi müharibəyə deyil, sülhə çağırmağı təklif edirik. Ümid edirik ki, Azərbaycan da bizim çağırışımıza səs verəcək. Belə olan halda tamamilə başqa situasiya yaranacaq”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduxan, Qurban Məmmədov, Tural Sadıqlı “İnterpol”la axtarışa verildi
Çəkiliş meydanında kuryoz hadisə: Aktyor maşına sığmadı – FOTO
1xBet-dən Çempionlar Liqasının bahar hissəsinin başlanmasına dair aksiya!
Bərdədə ölənlərin sayı 14-ə çatdı - 40-dan çox yaralı
Fəxrəddin Manafov xəstəxanaya yerləşdirildi
Polis heroinlə tutmuşdu, günahsız olduğu 1 il sonra bilindi