Paşinyan: Azərbaycanın qarşısını kəsəcəyəm
Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hətta müşahidəçi üzvü belə olmayacaq və Ermənistan buna icazə verməyəcək.
Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Respublika Partiyasından olan deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.
O qeyd edib ki, KTMT-yə yeni üzvün qəbulu konsensusla həll edilir, Azərbaycanın bu təşkilata üzvlüyü məsələsində Ermənistanın mövqeyi ilə bağlı danışmaq artıqdır.
“Ermənistan heç vaxt buna razı olmayacaq”, – Paşinyan bildirib.
O əlavə edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlər əsassızdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
Mertsin reytinqi rekord səviyyədə enib
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi