Pakistan Hindistan üçün hava məkanını bağlayır
Pakistan Hindistan təyyarələri üçün hava məkanını tam bağlamaq barədə düşünür.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu fikir ölkənin Nazirlər Kabinetinin iclasında səslənib. İclasda Pakistanın quru yolu ilə Hindistandan Əfqanıstana gedən ticarət maşınlarına da tam qadağa qoyulması fikri dəstəklənib.
Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.
Son vaxtlar isə Pakistan Hindistan ilə diplomatik münasibətlərin gərginləşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrini dayandırıb. Tərəflər əvvəllər imzalanan bir sıra ikitərəfli sənədlərə yenidən baxmaq istədiklərini ifadə ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək