Özcan Denizin bacısı Ərdoğana müraciət etdi
Türk müğənnisi Özcan Denizin bacısı Gülcan Deniz ürək xəstəliyindən əziyyət çəkir.
Axşam.az bildirir ki, 22 yaşlı qız qardaşının onunla maraqlanmadığından şikayətlənib.
O, xəstəliyinə görə Türkiyə prezidenti Receb Tayyib Ərdoğandan yardım istəyib.
“Əvvələr koah xəstəsi olan anama baxırdım. İndi mən özüm də xəstəyəm. Evdən çıxa bilmirəm. Həm anamın, həm də mənim müalicəyə ehtiyacımız var. Prezidentimizdən kömək istəyirəm”, – o sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Gülcan müğənninin atası Sadık Denizin ikinci həyat yoldaşından olan qızıdır. Gənc qız, atası öldükdən sonra qardaşının onlarla maraqlanmadığını deyib. Gülcanın sözlərinə görə, o dəfələrlə müalicə və təhsil haqqı üçün Özcana zəng etsə də, müğənni telefona cavab verməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Rusiya Ukrayna yaxınlığında nüvə sınaqları keçirəcək”- NATO-dan XƏBƏRDARLIQ
Jirinovski komaya düşdü: Vəziyyəti ağırdır
Azərbaycanlı məhbuslar aksiyası keçirir – Erməni rəisə görə
Vaşinqton Tramp-Putin görüşü barədə xəbəri təkzib etdi
Vladimir Putin mobil telefondan istifadə etmədiyini bildirib