Özbəkistanda qadın iki körpəni doğum evinin pəncərəsindən atıb
Özbəkistanın şərqində yerləşən Nəməngan vilayətində yerləşən doğum evində qadın öz körpəsini və başqa bir körpəni pəncərədən atıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla bağlı Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Doğum evinin həyətində ağır xəsarətlər alan iki yeni doğulmuş körpə tapılıb. Körpələr reanimasiyaya yerləşdirilib. Tibbi yardımın göstərilməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
İlkin olaraq müəyyən edilib ki, pasientlərdən birinin qız övladı ayağında qüsurla doğulub və o, övladından xilas olmaq üçün bu cinayəti törədib. Qadın doğum evinin ikinci mərtəbəsindən öz övladı ilə birgə, onun palatasında olan başqa bir körpəni də aşağı atıb.
Faktla bağlı prokurorluqda iki maddə ilə cinayət işi başlanılıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək