Öz qızı ilə evlənən amerikalı həbs edildi

Credit: Hall County Jail
Samantha Kershner
Credit: Hall County Jail
ABŞ-ın Nebraska ştatında öz qızına evlənən Trevis Fildqrouva hökm oxunub. Bu barədə Omaha World-Herald məlumat yayıb.
2018-ci ilin payızında 40 yaşlı Trevisin öz doğma qızı, 21 yaşlı Samanta Kerşner ilə görüşməsi, oktyabr ayında isə rəsmən evlənməsi barədə məlumat yayılıb.
Trevis qızının anasından illər öncə boşanıb və o qızı ilə evlənməzdən 3 il öncə tanış olub. Trevis və Samanta bir-birlərinə qarşı doğmalıq deyil, sevgi hissləri duyduqlarını bildirərək evlənməyə qərar veriblər. Ən qəribəsi isə Samantanın məhkəmədə verdiyi açıqlama olub. O Trevisi bacısı ilə bəhsə girərək ələ aldığını söyləyib.
DNT testi onlarına arasındakı qan qohumluğunu təsdiq edib. Trevis və Samanta insest hadisəsinə görə həbs ediliblər və hər birinə iki il həbs cəzası verilib. Bu müddət ərzində onların görüşməsi yasaqlanıb.
Bu ABŞ-da ailəiçi qalmaqallı evliliklərə görə ilk həbs cəzası deyil. 2010-cu ildə oğlu ilə evlənib boşanan ana, 2018-ci ildə isə qızı ilə evlənməyə cəhd edən qadın həbs olunub.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək