Uzun zamandır ABŞ-da yaşayan reper Orxan Zeynallı 6 il aradan sonra Bakıda səhnəyə çıxacaq.
Minval.info xəbər verir ki, keçmiş HOST qrupunun AİD ləqəbli üzvü ötən gecə “40-cı paralel” adlı konsert verəcəyini açıqlayıb.
20 noyabrda Elektra Events Hallda keçiriləcək tədbir türk müğənni Edisin rekordunu təzələyib. Belə ki, 12 saat ərzində konsertə 2500-dən çox bilet satılıb.
“6 il, 21 yeni mahnı, 7 yeni klipdən sonra nəhayət ki, gözlənilən gün gəldi çatdı. Mənim yaradıcılığım 2019-cu ildə “40-cı Paralel” mahnısı ilə “əvvəl” və “sonra”ya bölündü. Eyni adlı konsert isə ümid edirəm ki, həyatımın dönüş nöqtəsi olacaq – 15 illik musiqi karyeramın hesabatı. Bu yolda mənlə olan hər kəsə minnətdaram”, – deyə, Orxan paylaşımında qeyd edib.
Qeyd edək ki, O.Zeynallı musiqi fəaliyyətinə 2007-ci ildə başlayıb. HOST-un tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu “Biz İnsan Deyilik” adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
O, “Hekayəm”, “40-cı paralel”, “Mavi qızılgüllər”, “Karusel”, “Yadımda deyilsən”, “Bəlkə də nə vaxtsa” kimi hitlərin müəllifidir.
Tarix: 2022/10/18 15:30
Dostlarımızın xəbərləri
Digər xəbərlər
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
“Azadlıq damağında siqaret, soyunmaq deyil” Bu sözləri tanınmış fitnes model Günay Arazova “Musavat TV”də yayımlanna “Könüllü danış” layihəsi zamanı deyib. O imicinin tənqid olunmasından, azadlıq anlayışından və ailə qurmaq istəməməsindən danışıb.
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verib. Minval.info xəbər verir ki, layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcəyi layihədə rəqiblər bəlli olub: Vüqar Şiriyev – Ataş Turabov, Vüqar İmamcanov – Şəhriyar […]
Yadigar Muradov vəfat etdi
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib.
Mərdanın sosial mesajlı anşlaqla keçən konserti – Video
Ötən gün müğənni Mərdan Kazımovun solo konserti baş tutub.
Anardan həmin fotosu ilə bağlı – Açıqlama
Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb.
İllərlə ayrılan bu qədər puldan sonra… – Kamran Ağabalayev
Kamran Ağabalayev: “Milyonlarla manat kinoya xərcləndi, amma nə tamaşaçı qaldı, nə də film” Azərbaycanlı aktyor Kamran Ağabalayev
Miri Yusif məzun şəhid övladları üçün oxudu
Xalq artisti Miri Yusif Şəhid övladları ilə bir araya gəlib.
Əlif Cahangir İsveçdə teatr ustad dərsi keçdi
İsveçin Vasteras şəhərində ATR Teatr Festivalı yekunlaşıb.


























