10.12.2021 - 12:24
Siyasət
24 baxış
Ombudsman: "Ermənistan minaların dəqiq xəritələrini verməkdən imtina edir"
10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatında tədbir keçirilib.Minval.info-nun xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, insan hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamlıdır.
Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir: “Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür”.
Ombudsman qeyd edib ki, həmin insanların hüquqlarının tam bərpası sahəsində bir çox çətinliklər var: “Ən ciddi problem minalardır. Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar”.
Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Kərki anklavı 1991 xəritələrinə əsaslanır
17.09.2026 - 08:21
Mertsin reytinqi rekord səviyyədə enib
16.09.2026 - 20:05
Kosmosda silahlanma: Rusiya ABŞ-yə meydan oxuyur
16.09.2026 - 15:32
Yəməndə gərginlik: Husilərdən Səudiyyəyə zərbə
16.09.2026 - 14:43
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
14.09.2026 - 11:24
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04