Oman körfəzində gərgin anlar: Konteyner gəmisinə raket zərbəsi endirildi
Oman körfəzində yerləşən konteyner gəmisinə raket zərbəsi endirilib. Hadisə Pakistanın Qvadar limanı yaxınlığında baş verib.
Minval.info xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu hücum nəticəsində xəsarət alan olmadığını bildirib.
Hücumun hədəfi olan gəmi Panama bayrağı altında üzən “Vela Nova” konteyner gəmisidir. Bu hadisə İran və Oman arasında Hörmüz boğazından keçən gəmiçilik marşrutlarının bərpası ilə bağlı danışıqların davam etdiyi bir vaxtda baş verib. Tərəflər 60 günlük müvəqqəti razılaşma üzərində müzakirələr aparır.
Razılaşmaya əsasən, gəmilərin Hörmüz boğazından keçərkən bir hissəsinin İran, digər istiqamətdə hərəkət edənlərin isə Oman sularından istifadə etməsi nəzərdə tutulur. İran daha əvvəl ABŞ-nin Tehran və Maskat arasındakı danışıqlara mane olduğunu açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu: İsrailin taleyi təhlükədədir
Ukraynalı repçi Kyivstoner Danimarkada sui-qəsddən xilas olub
İranda məcburi hicab qaydalarına əməl etməyənlər artır
Dinyeper çayı üzərindəki körpülərə hücum: Kiyev qaranlığa qərq oldu
Rusiya raketləri Kiyevdə üç körpünü vurdu
Polşa hava sahasında qeyri-müəyyən cisim aşkarlanıb
Rusiyanın Kiyevə zərbələri üç nəfərin ölümünə səbəb olub