20.11.2026 - 15:54
Dinyeper çayı üzərindəki körpülərə hücum: Kiyev qaranlığa qərq oldu
Dünya 179 baxış

Dinyeper çayı üzərindəki körpülərə hücum: Kiyev qaranlığa qərq oldu

Kiyev meri Vitali Kliçko, Rus ordusunun şəhərdə Dinyeper çayı üzərində yerləşən Cənub və Şimal körpülərini hədəfə aldığını açıqlayıb. Kliçko, sosial media hesabından etdiyi paylaşımda, Rusiyanın gecə saatlarında paytaxta hava hücumu həyata keçirdiyini bildirib.

Minval.info xəbər verir ki, Kliçko, Dinyeper çayı üzərindəki Cənub və Şimal körpülərinin zərər gördüyünü qeyd edib və hücum nəticəsində Kiyevdəki kritik infrastrukturun da ziyan gördüyünü vurğulayıb.

Kliçko, “Bəzi bölgələrdə su və istilik xidmətlərində kəsintilər yaşanır.” deyə əlavə edib.

Hava hücumları davam edir

Ukrayna Ordusu Hava Qüvvələri Komandanlığının verdiyi yazılı açıqlamada da ölkənin müxtəlif bölgələrinə hava hücumlarının davam etdiyi bildirilib.

Kiyevdə strateji əhəmiyyətə malik Cənub və Şimal körpüləri əvvəllər də hücuma məruz qalmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: