Polşa hava sahasında qeyri-müəyyən cisim aşkarlanıb
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ABŞ mərkəzli X şirkətinin sosial media platformasında yayımladığı açıqlamada, səhər saatlarında Polşa hava sahasında bir pozuntu baş verdiyini bildirdi. Açıqlamada, pozuntudan sonra Ukrayna sərhədinə yaxın Biłqoraj rayonunda bir cismin düşmüş ola biləcəyi qeyd edildi.
Minval.info xəbər verir ki, bölgədə axtarış işlərinin başladıldığı və yerli sakinlərə cisim parçaları tapdıqları halda onlara yaxınlaşmamaq, toxunmamaq və müvafiq qurumlara məlumat vermək tövsiyə olunub.
Komandanlığın sözçüsü Yarbay Yatsək Qorışevski TVN24 kanalına verdiyi açıqlamada, Ukrayna sərhədinə yaxın Biłqoraj rayonunda bir cismin düşmüş ola biləcəyini və Polşa hava sahəsinə iki ayrı pozuntunun araşdırıldığını qeyd etdi.
Polşa Baş naziri Donald Tusk da X-də etdiyi paylaşımda, hava sahası pozuntusuyla bağlı bölgədə hava hücumu təhdidinin olmadığını vurğuladı.
Bundan əlavə, Rusiyanın Ukraynaya hücumları ilə əlaqədar Polşa hava sahasında aparılan hərbi hava əməliyyatlarının sona çatdığı və hava müdafiə sisteminin standart əməliyyat fəaliyyətlərinə qayıtdığı bildirildi. Hava sahası pozuntusu səbəbindən Jeşov-Yasionka Hava Limanındakı hava nəzarət qülləsi müvəqqəti olaraq təxliyə edildi və hava limanı daha sonra yenidən uçuş əməliyyatlarına başladı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu: İsrailin taleyi təhlükədədir
Ukraynalı repçi Kyivstoner Danimarkada sui-qəsddən xilas olub
İranda məcburi hicab qaydalarına əməl etməyənlər artır
Dinyeper çayı üzərindəki körpülərə hücum: Kiyev qaranlığa qərq oldu
Rusiya raketləri Kiyevdə üç körpünü vurdu
Rusiyanın Kiyevə zərbələri üç nəfərin ölümünə səbəb olub