Ölkə xaricində çıxış edən Azərbaycan millisinin futbolçuları - SİYAHI
Azərbaycanda ilk futbol komandaları 1911-ci ildən etibarən yaranmağa başlayıb. Həmin dövrdə ingilislərin neft yataqlarına meyl etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərib. Futbolun vətəni İngiltərə olduğundan onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırıb.
Ölkəmiz müstəqilliyini elan edən kimi futbol məmurlarının gördüyü ilk iş I Milli Çempionatı keçirmək olub. AFFA-nın təşkil etdiyi ilk Azərbaycan çempionatında 26 komanda iki yarımqrupda mübarizəyə başlayıb. İlk milli çempionatda qalib gələn “Neftçi” ilk Azərbaycan çempionu kimi tarixə düşüb.
Azərbaycan idmanın futbol növündə Dünya miqyasında böyük uğurlar qazanmasa da, ölkəmizdə futbol duyumu olan idmançılar həmişə olub. Futbolçularımız həm yerli, həm də xarici çempionatlarda öz bacarıqlarını ortaya qoyublar. Azərbaycanlı futbolçuların çıxış etdiyi xarici klublar arasında məşhurlar da, ortabablar da olub.
BAKU.WS xarici milli çempionatlarda çıxış edən futbol üzrə Azərbaycan milli komandalarının futbolçularını təqdim edir:
Əsas milli komanda
Dmitri Nazarov – (Erçbirq Aue, Almaniya)
Emil Balayev – (Tobol, Qazaxıstan)
Pavel Paşayev – (Oleksandriya, Ukrayna)
Eddi İsrafilov – (Albasete, İspaniya)
Ramil Şeydayev – (Dinamo Moskva, Rusiya)
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Renat Dadaşov – (Pakuş de Fereyra – Portuqaliya)
Rüfət Dadaşov – (Proysen Münster, Almaniya, III liqa)
U-21 yığması
Hüseyn Seyliğli – (Darica Gənclərbirliyi, Türkiyə)
Barış Ekincier – (Austria Klagenfurt, Avstriya)
Fərid Nəbiyev – (Slaviya Praqa, Çexiya)
Doğukan Öksüz – (Eyüpspor, Türkiyə)
U-19 yığması
Emre Kaplan – (Başakşehir, Türkiyə)
Mürsəl Şahin – (İK Videnbrük, Almaniya)
Elnur İbrahimov – (Sportakademi FK, Rusiya)
Samir Qurbanov – (Viktoriya Jijkov, Çexiya)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı