“Ölkədə 100 milyondan çox iş yeri açılıb” – Elman Rüstəmov
Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfransı keçirib
Minval.İnfo “qafqazinfo”ya istinadən xəbər verir ki, E. Rüstəmov bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub. Qərarları elan etməzdən əvvəl 2017-ci ilə nəzər salan baş bankir qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb:
“Bu illər ərzində ölkədə 100 milyondan çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin 5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib. Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR