Ölən ərinin arzusunu belə yerinə yetirdi - Qadından qəribə addım
Avstraliyanın Melburn şəhərindən olan Mişel və Pol Börk cütlüyü boş vaxtları olan kimi dünya səyahətinə çıxacaqları barədə razılığa gəlmişdi. Amma onların boş vaxtı olmadı. Bir müddət sonra isə həkimlər Polda dəri xərçəngi xəstəliyi aşkar etdi.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “LADbible” yazıb. Ağır xəstəlikdən dünyasını dəyişən Polun son arzusu həyat yoldaşını çox təsirləndirib. O, Mişeldən dünya səyahətinə çıxmağını xahiş edib, onsuz belə olsa.

Mişel 25 illik ömür-gün yoldaşının son arzusunu yerinə yetirib. Qadın həyat yoldaşının kardon fiqurunu hazırlayıb və onunla səyahətə çıxıb. Bir çoxları kartonla şəkil çəkdirən qadının bu addımı təəccüblə qarşılayırdı, amma indi onlar əsl həqiqəti bilir.
“Mən ona dedim ki, sənin şəklini götürüb kardon fiqur hazırlayacağam. Onu çamodana qoyub dünya səyahətinə gedəcəyəm. Polda həmişə qəribə yumor hissi var idi. Əminəm ki, o, bununla məndə həvəs yaratdı – o bilirdi ki, bu halda mən geri çəkilməyəcəyəm”, – deyə qadın müsahibəsində qeyd edib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Dul qadın artıq Bukenqem sarayını, Nyu-Yorku, Şotlandiyanı və İrlandiyanı gəzib-dolaşıb. Bir müddət sonra Mişel “həyat yoldaşını” Honkonqa aparmağı planlaşdırır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək