Oğlanlar da məktəbə yubkada gedə biləcək
Meksikanın paytaxtı Mexikoda oğlanlara məktəbə yubkada getməyə icazə veriblər.
“Qafqazinfo” xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara yubka, qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını “neytral” ediblər.
“Biz Mexikonun Təhsil naziri Esteban Moktesuma Barraqanla şəhərdə neytral məktəbli formasının tətbiqi haqda elan edirik. Artıq yubka qızların, şalvar isə oğlanların eksklüziv atributu sayılmır. Bərabər hüquqların irəliləməsi üçün sadə addımlar”, – Mexikonun şəhər meri Klaudiya Şeynbaum Tvitterdəki mikrobloqunda yazıb.
Yenilik bu bazar ertəsindən qüvvəyə minib. Bununla yanaşı, Mexikonun Təhsil naziri ölkənin digər ştatlarını da analoji qərar qəbul etməyə səsləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək