Nurməhəmmədov Makqreqor haqqında: Həbsxanada olmalıdır
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov bir neçə gün əvvəl gündəmə çevrilmiş Konor Makqreqorun barda qoca kişini döyməsi hadisəsinə münasibət bildirib.
H.Nurməhəmmədovun fikrincə, belə hərəkətlərə görə həbs etmək lazımdır.
İdmançı TMZ Sports-a açıqlamasında rəqibinin bu cür hərəkətlərinin idmana ziyan vurduğunu da qeyd edib.
“Belə adamlar həbsxanada olmalıdırlar. Onun nə ustalığı var, nə də hörməti. Bu, idman üçün çox pisdir. Doğrudur, onun bəzi hərəkətləri idman üçün xeyirlidir, amma bunlar yox. O, dəli olur. Bu dəlilikdir. Bu gün o, qocanı döyür, sabah nə edəcək?”, – deyə Həbib fikirlərini bildirib.
Qeyd edək ki, Konor Dublin barlarından birində dincələrkən oradakı müştərilərin hamısını viskiyə qonaq edib. Yaşlı müştərilərdən biri isə viskinin dadına baxmaqdan imtina edib. Bunu görən UFC çempionu qocanı döyüb. Hadisənin videoyazısı bu həftə dünya KİV-də yayımlanıb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək