24.11.2021 - 12:10
Ordu
194 baxış
Noyabrın 16-da şəhid olan hərbçilərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Bu barədə Bakupost.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz – leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib. 7 şəhidimizin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
06.10.2026 - 16:48
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
05.10.2026 - 19:06
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
02.10.2026 - 11:32
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
02.10.2026 - 08:37
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
01.10.2026 - 19:12
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
01.10.2026 - 17:48
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
01.10.2026 - 14:18
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
30.09.2026 - 19:03