Növbəti həftədən aktiv dövr başlayacaq – MSK sədri
Gələn il fevralın 9-da keçiriləcək parlemnt seçkilərində iştirak üçün dairə seçki komissiyalarına müraciət edənlərin sayı 901 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu rəqəm bu gün keçirilən MSK-nın iclasında açıqlanıb.
MSK sədri Məzahir Pənahov bildirib ki, onlardan 449 nəfərinin namizədliyini siyasi partiyalar irəli sürüb. Onun sözlərinə görə, 19 siyasi partiyadan yalnız 11-i namizəd irəli sürüb, 8 partiyadan hələlik namizəd müraciət etməyib.
Namizədlərin 5-i təşəbbüs qrupu, 752-i fərdi qaydada irəli sürülüb: “Ümumiyyətlə partiya mənsubiyəti olanların sayı 344 nəfərdir. Bugünədək 569 nəfərin namizədliyi təsdiq olunub. 439 nəfər imza vərəqi götürüb. Yəqin ki, bu günlərdə qeydiyyatla bağlı məlumatları ictimailəşdirəcəyik.
Bu rəqəmələr seçkiyə marağın nümunəsi kimi nəinki kifayətdir, hətta artıqlaması ilə kifayətdir. Bu rəqəm 1500-ü keçə bilər. Növbəti həftədən etibarən prosesin aktiv fazası başlayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı