25.09.2026 - 13:45
Niderlandda qaçqın düşərgəsinə etiraz: polis 7 nəfəri saxladı
Dünya 7 baxış

Niderlandda qaçqın düşərgəsinə etiraz: polis 7 nəfəri saxladı

Niderlandın Gelderland əyalətinin Kesteren kəndində təxminən 200 nəfər sığınacaq axtaranlar üçün mərkəzin açılmasına etiraz edib. Aksiya qonşu Opheysden şəhərinə girişin məhdudlaşdırılmasından sonra başlayıb. Burada bələdiyyə şurasının iclası keçirilirdi.

Minval.info xəbər verir ki, əvvəlcə sakit keçən etiraz daha sonra güclü pirotexnikadan istifadə olunması ilə gərginləşib. Polis xüsusi təyinatlı bölmələri əraziyə cəlb edərək aksiyanı dağıdıb. Etirazçılar “Qaçqın düşərgəsinə yox!” və “Buradan rədd olun!” şüarları səsləndiriblər.

Polis 7 nəfəri saxlayıb. Onlardan 4-ü pirotexnikadan qanunsuz istifadə etməkdə, 3-ü isə hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərməkdə şübhəli bilinir.

Bələdiyyə hələ mərkəzin yaradılması ilə bağlı yekun qərar verməyib. Hazırda 150 və ya 300 nəfər sığınacaq axtaran şəxs üçün mərkəz variantları nəzərdən keçirilir. Qeyd edək ki, bir həftə əvvəl Opheysdendə keçirilən oxşar etiraz da iğtişaşlarla nəticələnib və 14 nəfər saxlanılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: