Netanyahu İordan vadisini zəbt edəcəyini vəd edir
Seçkilərdə Likud partiyası qalib gələrsə İsrail müstəqilliyini İordaniya vadisinə yayacaq.
“RİA Novosti” xəbər verir ki, bunu baş nazir Binyamin Netanyahu xüsusi video müraciətdə bildirib.
Onun sözlərinə görə, seçkilərdən sonra ABŞ-ın hazırladığı “əsrin sazişi” təqdim ediləcək. Bu, Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə plandır.
“Bu tarixi fürsətdir. Biz İsrail qanunvericiliyini tariximiz və mədəniyyətimizə bağlı olan Yəhudiyə və Samariyədəki qəsəbələrə yaya bilərik. Əgər biz İsrail vətəndaşlarından bu hərəkətlərə görə mandat alsaq, seçkilərdən dərhal sonra orda İsrailin müstəqilliyini yaymaq olar. Bu gün mən İsrailin suverenliyini İordaniya vadisinə və Ölü dənizin şimalına yaymaq niyyətimi bildirirəm”, – Netanyahu qeyd edib.
Netanyahu ilk addımlarını yeni Nazirlər Kabinetinin formalaşmasından sonra atmaq niyyətindədir. Knessetə seçkilər sentyabrın 17-də keçiriləcək.(Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonşu ölkədə ABŞ-ın gizli laboratoriyaları var
100 yaşlı qadının bu hərəkəti hamını təəccübləndirdi
Bu ölkədə prezident əmr verdi, 5 mindən çox adam öldürüldü
Pilot uçmaq üçün sərnişinlərdən pul istədi - Video
Türkiyə Təhlükəsizlik Şurasından Ermənistana XƏBƏRDARLIQ