15.05.2019 - 21:59
İdman 3 baxış

“Neftçi” 3 futbolçu ilə yollarını ayırdı

“Neftçi” futbol klubu 3 futbolçu ilə vidalaşıb.

Klubdan verilən məlumata görə, komanda rəhbərliyi Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib.

Klub futbolçulara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, “Neftçi”nin gümüş medal qazandığı sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: