Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik”- VİDEO
Misirin miqrasiya naziri Nabila Makram Sisi rejimini tənqid edənləri doğrayaraq öldürməklə təhdid edib.
Makramın Torontoda qatıldığı iclasdakı çıxışı sosial medianın gündəminə düşüb.
Musavat.com xəbər verir ki, iştirakçılardan biri tərəfindən çəkilən görüntülərdə Makram bunları söyləyib:
“Bizim sadəcə bir ölkəmiz var, O da Misirdir. Misir bizi bir araya gətirən məfhumdur. O, hara getsək də, qəlbimizdə yaşayacaq. Bununla bağlı mənfi bir fikrə dözümümüz yoxdur. Misir əlehinə danışan hər kəs doğranacaq”.
Makramın əlini boynuna aparaq göstərdiyi kəsmək işarəsindən sonra iclasdakı bir qrup insan təəccübünü gizlədə bilməyib. Digər qrup isə onun bu fikirlərini alqışlayıb.
Nazir Makranın bu çıxışının videosunu sosial mediaya yükləyən “Misirli Kanadalıların Demokratiya Koloniyası” adlı təşkilatın üzvləri nazirdən şikayətçi olublar.
Təşkilatın rəhbəri Əhməd Əbdülqadir “Anadolu Agentliyi”-nə verdiyi açıqlamada misirli nazirin Kanadada kanadalılara qarşı bu cür sözlərini skandal adlandırıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır

“Xaricdə yaşayan misirliləri təhdid edən rejimin Misirdə yaşayanlara nələr edə biləcəyini düşünmək o qədər də çətin deyil. İnsan haqlarını sistemli şəkildə pozan bu rejim artıq öz həmvətənlərini xaricdə də narahat edir. Eyni zamanda başqa bir rejimin nazirinin Kanadada kanadalıları təhdid etməsi görülməmiş bir şeydir. Biz kanada vətəndaşlığına keçmiş misirlilər olaraq Makramı polisə şikayət etdik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
