NASA kosmosda törədilən ilk cinayət barədə xəbər verdi
Beynəlxalq Kosmik Stansiyada olarkən astronavt Enn MakKleyn eyni cinsdən olan həyat yoldaşının bank hesabına giriş əldə edib.
“The New York Times” yazır ki, NASA bunu kosmosda törədilən ilk cinayət kimi qeydə alıb.
Qadın astronavtın sabiq arvadı Sammer Uorden Federal ticarət komissiyasına şikayət edib.
NakKleyn bu informasiyanı vəkili vasitəsi ilə təsdiqləsə də, pis bir iş gördüyünü düşünmür. Onun sözlərinə görə, sadəcə, keçmiş arvadının maddi durumundan xəbərdar olmaq və onun uşağa qulluq etmək üçün pulunun olub-olmadığını bilmək istəyib.
2018-ci ildə boşananadək qadınlar bir yerdə uşaq tərbiyə ediblər.
BKS qaydalarına görə, kosmosda yerli qanunvericilik qüvvədədir. Astronavtın suçu sübuta yetirilərsə, o, ABŞ qaydaları ilə ittiham olunacaq.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Emin Ağalarov: "Trampa heç bir pul ödəməmişəm"
Qaşıqçı cinayətindən sonra ilk - "Səudiyyə bununla göstərmək istəyir ki..."
Simonyandan Paşinyana: "Satqındır, Putinə nifrət edir!"
ABŞ: Prezidentliyə namizəd Baydenə qarşı seksual təcavüz ittihamı
Yaponiyada ard-arda 2 güclü zəlzələ baş verdi
Roma Papası Azərbaycana məktub göndərib