Nəsiminin “Sığmazam” qəzəli Sami Yusufun təqdimatında - VİDEO
Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində özünün məşhur “Nəsimi” layihəsini təqdim edib.
Sami Yusuf mütəfəkkirin “Sığmazam” qəzəlinə yeni musiqi bəstələyib. İfaçı onu özünəməxsus şəkildə ifa edib.
Musavat.com xəbər verir ki, əməkdar artist Təyyar Bayramov və Aşıq Samirə mahnının muğam hissəsinə öz ifaları ilə gözəllik qatıblar.
Azərbaycanın tanınmış sənətkarlarından ibarət olan simfonik orkestr və xorun müşayiəti ilə ərsəyə gələn “Sığmazam” əsəri dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki “Nəsimi” adlandırılan ifa Sami Yusufun 1,1 milyon izləyicisinin olduğu rəsmi “Youtube” kanalına yerləşdirilib. Videonun izlənmə sayı qısa zamanda 105 mini ötüb.
https://www.youtube.com/watch?v=iBd1r5VOK2c
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin sükan arxasında Krım körpüsündən keçdi - VİDEO
Bakıda oğurluq anbaan kameraya düşdü - VİDEO
Küçə ortasında iyrənc sataşma kameralara belə əks olundu - VİDEO
İdman zalları, məscidlər və toy məclisləri ilə bağlı deputatdan açıqlama
Azərbaycanda qadınlar üçün XOŞ XƏBƏR - Bu xidmətlər pulsuzdur - VİDEO
Ermənilər indi də Ağdamda evləri yandırır - VİDEO