Ən “gəzəyən” ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlandı
Dünyanın ən çox səyahət edən ölkə vətəndaşlarının “ilk 10-luğ”u açıqlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Mastercard” press-reliz yayımlayıb.
Açıqlanan məlumatlara görə, ən “gəzəyən” insanlar ABŞ vətəndaşlarıdır. Onların ən çox ziyarət etdikləri məkanlar isə Meksika, Kanada və İtaliyadır.
İkinci sırada Çin vətəndaşları qərarlaşıb. Asiyalılar ölkələrindən çox da uzaqlaşmağı sevmirlər. Belə ki, çinlilər əsasən Tayland və Yaponiya, daha sonra isə ABŞ-a üz tuturlar.
Üçüncü pillədəki almanların daha çox səfər etdikləri yerlər İtaliya, İspaniya və Avstriyadır.
Rusiya bu sıralamada doqquzuncu yerdə qərarlaşıb. Şimal qonşularımız ən çox Türkiyə, Tayland və Tunisə səyahət etməyi sevirlər.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“İlk 10-luq” isə aşağıdakı kimi formalaşıb.
| Yer | Ölkə | Məkan 1 | Məkan 2 | Məkan 3 |
| 1 | ABŞ | Meksika | Kanada | İtaliya |
| 2 | Çin | Tayland | Yaponiya | ABŞ |
| 3 | Almaniya | İtaliya | İspaniya | Avstriya |
| 4 | Böyük Britaniya | İspaniya | ABŞ | Hindistan |
| 5 | Fransa | İspaniya | ABŞ | Böyük Britaniya |
| 6 | Cənubi Koreya | Yaponiya | Çin | Vyetnam |
| 7 | Yaponiya | ABŞ | Çin | Tayvan |
| 8 | Kanada | ABŞ | Meksika | Hindistan |
| 9 | Rusiya | Türkiyə | Tayland | Tunis |
| 10 | Tayvan | Yaponiya | Koreya | Tayland |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək