Ən çox sevişmə səhnəsi diqqət çəkdi... - VİDEO
Ötən gün Azərbaycan istehsalı olan “Dalan” filminin premyerası baş tutub.
Qala gecəsi Nizami Kino Mərkəzində keçirilib.
Gecədə kino, incəsənət, siyasət aləminin tanınmış simaları iştirak edib. Ekran işinin rejissoru Elvin Rüstəmzadədir. “Dalan”da Ziya Ağa, Sevinc Əliyeva, Manaf Dadaşov, Rasim Cəfər kimi kino simaları rol alıb. 90 dəqiqəlik film dram janrındadır. Layihənin hekayəsi xəyanət üzərində qurulub və sosial, ailə-məişət problemləri qabardılıb.
Filmdəki hadisələr bir-birinə tanış olan iki fərqli ailədə cərəyan edir. O ailələr ki, ər-arvad arasında problemlər mövcuddur. Bu fərdlər kənardan xoşbəxt görüsələr də, qadına qarşı göstərilən diqqətsizlik, yalan, xəyanət və bunların fonunda baş tutan gizli sevgi qəhrəmanları “Dalan”a gətirib çıxarır.
Ekran işində aktrisa Sevinc Əliyeva və aktyor Ziya Ağanın bir neçə dəqiqəlik sevişmə səhnəsi isə böyük marağa səbəb olub.
Bu məqamda bildirək ki, layihə bu gündən etibarən bütün kinoteatrlarda nümayişə çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranlı qızlar Yeni ili belə qarşıladılar - Fotolar, Video
TƏCİLİ: Rusiyadan yeni həmlələr gəldi - Azad İsazadə ilə “Canlı debat”
Xilasedicilərimiz daha 2 can qurtardı - 86 və 89 saat sonra... - VİDEO
Bakının mərkəzini su basdı - YENİLƏNİB + VİDEO
Erməni terrorçu əsgərimizin NİŞANGAHINDA - ŞOK KADRLAR
