Müsəlman qadın nanotexnologiya sahəsində inqilab etdi - FOTOLAR
Müsəlman nanotexnoloq qadın gözlənilməz kəşf edib.
Moderator.az-ın xarici mətbuata istinadla verdiyi xəbərdə belə deyilir.
Fatimə əz-Zəhra əl-Atraktçinin araşdırmaları nəticəsində bundan sonra bakteriyalar arasındakı “kommunikasiya”nı “dinləmək” mümkün olacaq. Və həmin texnologiyanın köməyi sayəsində bakteriyalar antibiotiklər qarşısında zəifləyəcək və bir çox xəstəliklərə anındaca diaqnoz qoyulması gərçəkləşəcək.

“Mənim testimdə istifadə etdiyim yeni texnoloji üsulla bakteriyaları toplamaq və 30 saniyə ərzində diaqnoz qoymaq mümkündür. Ümid edirəm ki, bu, həkimlərə daha uyğun dərman təyinatı yazmağa, ümumi prosedurları ixtisar etməyə və qeyri-müəyyənlikdən qurtulmağa şərait yaradacaq” –deyə doktor Fatimə əz-Zəhra izah edib.
Küveytdə dünyaya göz açan və iki uşaq anası olan Fatimə xanım Livan və İraq mənşəlidir. O, 2018-ci ilin yanvarında Danimarkanın Texniiki Universitetində fizika və nanotexnologiya üzrə fəlsəfə doktoru sertifikatini alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü