Murad azərbaycanlı qızı bəyəndi, Hadisə qısqandı (video)
TV 8-də yayımlanan məşhur “O səs Türkiyə” mahnı müsabiqəsində daha bir azərbaycanlı çıxış edib. “Qafqazinfo” xəbər verir ki, Azər Həsənov proqramda sözləri Fikrət Qoca, musiqisi Polad Bülbüloğluna məxsus “Gəl, ey səhər” mahnısını ifa edib.
Onun səsini dörd münsifdən ikisi ( Murad Boz və Beyazir Öztürk) bəyənib. Daha sonra Murad Boz Azərə duet oxumağı təklif edib. Onlar “Gəl, ey səhəri” birgə səsləndiriblər. Elə A. Həsənov yarışmaya Murad Bozla davam etmək istədiyini bildirib.
Yarışmada çıxış edən digər azərbaycanlı isə Naz Dej olub. O, səhnədə “I care” adlı mahnı səsləndirib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Onun ifasını üç münsif- Hadisə, Murad Boz və Beyazit öztürk bəyənib. Jürilər Nazı öz komandalarına daxil etmək üçün mübarizə aparıblar.
M. Boz Nazı çox bəyəndiyini qeyd edib, onun ünvanına təriflər yağdırıb. Müğənninin bu addımı həmkarı Hadisənin qısqanclığı ilə nəticələnib. N. Dej isə müsabiqəyə Bozla davam etmək istədiyini bildirib.
Bu məqamda bildirək ki, Naz Azərbaycanda Nihad Məliklə duetindən sonra məşhurlaşıb. Onun “Azəri Mashup” adlı videosu “Youtube”də bir neçə aya 4 milyondan çox baxış toplayıb.
ƏLAQƏLİ
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO