Müğənni Elnarənin oğlu zəhərləndi: "Uşaqlarınıza tapşırın..." - Foto
Müğənni Elnarə Xəlilovanın övladı şirnidən zəhərlənib.
Minval.info xəbər verir ki, bu barədə sənətçi sosial media hesabında məlumat yayıb. Elnarə xanım oğlunun zəhərlənməsinə səbəb olan konfetin şəklini paylaşarıb və valideynlərə xəbərdarlıq edib:
“Miryunisin nədən zəhərləndiyi artıq məlum olub. Sizlər də övladlarınızı qoruyun sovurma konfetdən. Artıq məktəbdə satışı dayandırıldı, siz də almayın. Məlum olub ki, onun içində olan turş maddənin tərkibində kimyəvi maddə var və birbaşa beyinə təsir edir. Allah bütün balaları qorusun!”
Müğənni bildirib ki, bu hadisə 2 gün öncə oğlunun sinif yoldaşının başına gəlib: “Uşaq 1 gün reanimasiyada huşunu itirmiş vəziyyətdə qaldı. Ona şok vermişdi. Uşaqlarınıza tapşırın bu konfetdən almasınlar”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qubada Bozovu xilas etmək istədilər, suda boğuldular - FOTOLAR
"Ulduz taksi" fırıldağı - müştəridən 2 qat pul aldılar
Sabirabadda çoban intihar edib
Külli miqdarda aksizsiz siqaret aşkarlandı
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı
Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb - FOTO