Müdafiə naziri: "Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir"
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə, Azərbaycan Ordusunda həyata keçirdiyi islahatlar nəticəsində bu gün Ordumuzun xidməti fəaliyyəti və döyüş qabiliyyəti ən yüksək səviyyədədir”.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun xidməti döyüş fəaliyyətindən, onun inkişafından, aparılan islahatlardan günlərlə danışmaq olar: “Azərbaycan inkişaf edir. Təbii ki, ölkəmizin hərbi sahəsi də günü-gündən inkişaf edir. Ordumuz ən müasir silahlarla təchiz olunub. Ən əsası Azərbaycanın əsgərindən tutmuş generalına kimi hamıda böyük vətənpərvərlik və yüksək əhval-ruhiyyə var. Onlar hər zaman Ali Baş Komandanın əmrini icra etməyə qadirdirlər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
