Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi
Dünya şöhrətli “Formula 1” pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer məlum qəzadan sonra ilk dəfə yazılı mətbuatda geniş müsahibə ilə çıxış edib.
Almaniyanın “She’s” jurnalına müsahibə verən Korinna müsahibə boyunca həyat yoldaşını tərifləyib.
Söhbətinin əsas hissəsi atlara marağından olan Korinna qeyd edib ki, yaşadıqları faciədən sonra qızı Cina Maria və özünü ayaqda saxlayan əsas şey atlarla maraqlanmaqları olub:
“Bu faciədə ayaqda qala bildiyimiz üçün Mixaelə borcluyuq. Mənə evlilik ildönümündə hədiyyə etdiyi ferma olmasaydı, atlarla bu qədər maraqlanmaz, bu qədər güclü olmazdıq”.
Qızı Cina Maria da atasının atlarla bağlı ona verdiyi məsləhəti xatırlayıb:
“Maşın sürsən, işin qurtarandan sonra qaraja sürərsən, vəssalam. Amma bir at bazaar günləri belə ona baxmağına möhtac olacaqdır”.
Cina məşğul olduğu idman növündə qızıl medal qazanmasınd atasına borclu olduğunu dilə gətirib.
Korinnanın hazırda iki ferması, 40 atı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı