Misir "Sea Shark" tankerinin azərbaycanlı heyət üzvünü sərbəst buraxıb
Mayın 18-də Misir donanması tərəfindən saxlanılan “Sea Shark” tankerinin heyət üzvləri sərbəst buraxılıb.
ONA-nın xəbərinə görə, bu barədə “Ukraynskaya pravda” nəşri məlumat yayıb.
Tankerin 31 heyət üzvü var. Onlardan 1 Azərbaycan, 17 Ukrayna vətəndaşı, 11 Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır, 2 dənizçi isə Krımdandır. Nəşrin yazdığına görə, 17 ukraynalı dənizçidən 5-i sabah Odessa aeroportunda olacaq. Azad edilmiş digər dənizçilər isə ukraynalı gəmi kapitanı ilə birlikdə mehmanxanaya yerləşdirilib. Həmin dənizçilərin sənədləri qeydiyyatdan keçdikdən sonra vətənlərinə yola salınacaqlar.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Qeyd edək ki, neft yüklənmiş tanker 2018-ci ilin dekabrında Misirin Ayn-Soxna rayonunda saxlanılıb. Tankerin Misirin sərhədini pozduğu iddia olunub. Gəminin kapitanı Vitaliy Nesterenko açıq dənizdə manevr zamanı təsadüfən Misirin ərazi sularına daxil olduqlarını bildirib. Misir hakimiyyəti gəminin sahibi olan şirkəti cərimələyib, dənizçilərin isə bütün sənədləri götürülüb. Aprelin 27-də Misir Hərbi Prokurorluğu tankerdəki 11 milyon barel neftin boşaldılmasını tələb edib. Səbəb kimi sızma baş verəcəyi halda ekoloji təhlükənin yaranacağı ehtimalı göstərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək