Milyarder turistləri batıran şirkət işini dayandırıb
“Titanik” gəmisinin qalıqlarına baxmaq üçün okeanın dibinə enən və ona 500 metr qalmış partlayan və milyarder turistlərin ölümünə səbəb olan “Titan” sualtı qayığının sahibi işini dayandırdığını elan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət öz internet saytında “bütün kəşfiyyat və kommersiya əməliyyatlarını” dayandırdığını bildirən bir sətirlik qeyd yerləşdirib.
İyunun 18-də sualtı qayığın “Titanik”in qəzasına düşərkən necə partlaması ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, “OceanGate” özəl şirkəti 2009-cu ildən elmi dərin dəniz ekspedisiyaları təşkil edərək sualtı turizm sahəsində fəaliyyət göstərir.
“Titan”ın ekipaj üzvlərinin həyatının son saatlarının təfərrüatları daha əvvəl məlum olub. “Tiran”da ingiltərəli iş adamı Hamiş Hardinq, pakistanlı biznesmen Şahzadə Davud və oğlu Süleyman olub. Qayığın kapitanı və fransız bələdçi də onlarla birlikdə həyatını itirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi
Ahmet Çakarın Azərbaycana girişi qadağan edildi