27.11.2019 - 01:45
Dünya
20 baxış
Milyard avroluq oğurluğun videosu yayıldı - VİDEO
Avropanın ən böyük cəvahirat kolleksiyasının yerləşdiyi Almaniyanın dövlət muzeyində baş vermiş oğurluğun videosu yayılıb.Minval.info Unikal.org-a istinadən xəbər verir ki, video Drezden polisi tərəfindən internetdə yayılıb.
Onlar bu yolla oğrular haqqında məlumat əldə edə biləcəklərini düşünürlər.
Oğrular Drezden Kral Sarayındakı Yaşıl Qübbəyə (Qreen Vault) noyabrın 25-də səhər giriblər. Soyğunçular özləriylə fənər və balta götürüblər. Onlar qaranlıq zalı cib fənərinin köməyi ilə işıqlandırıb vitrinin şüşəsinə bir neçə dəfə zərbə vururlar. Sonra isə çərçivəni tamamilə sökürlər.
Muzeydən verilən məlumata görə, onlar üç dəyərli brilliyant qarnitur və 100-ə yaxın zinət əşyası oğurlayıblar. Ümumilikdə vurulan zərər təxminən bir milyard avrodur.
Oğrular hadisə yerindən qaçıb. Hazırda işin araşdırılması üçün Drezden şəhərində xüsusi komissiya işləyir.
https://www.youtube.com/watch?v=1PKbQNAA7pw&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
20.10.2026 - 14:44
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
20.10.2026 - 12:34
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
20.10.2026 - 12:24
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
20.10.2026 - 11:34