Mikayıl Cabbarov: Mövqeyimiz sərtləşəcək
Vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq.
Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, Azərbaycanda vergi yükünün azaldılmasına baxmayaraq, vergi daxilolmaları artıb:
“Vergi daxilolmalarının 92 faizi könüllü ödənişlər hesabına həyata keçirilib. Biz bu dinamikanı beş ayda qoruyub-saxlamağa nail olmuşuq”.
Onun sözlərinə görə, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq. Bu dəyişikliklər texniki, o cümlədən, ötən illər müzakirəsi aparılmış, lakin qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərdir.
M.Cabbarov deyib ki, ölkədəki biznes mühitinin əsas problemi kölgə iqtisadiyyatı və yaratdığı fəsadlar, qanunsuz sahibkarlığın leqal biznesdən əldə etdiyi bazar payı kimi məsələlərdir:
“Qeyri-şəffaf rəqabət vergi daxilolmalarına da mənfi təsir edir. Vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Biz haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini dəstəkləmirik.
İyunun 1-nə olan məlumata görə, son beş ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. Bu göstərici ilin əvvəlindən indiyədək ümumilikdə 96 mindən yuxarı olub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB