"Meşəyə aparıb əlimi bağladılar ..." - 8 saat işgəncəyə məruz qalan qadın yaşadığı dəhşəti danışdı
İstanbulda orta yaşlı kişi 3 qardaşı ilə birlidə həyat yoldaşına dəhşətli işgəncələr verib.
Musavat.com xəbər verir ki, hadisə Sultanbeyli ərazisində qeydə alınıb.
25 yaşlı qadına həyat yoldaşı elektroşok və bibər qazı ilə işgəncə verib. 8 saatlıq işgəncə görən qadın yaralı halda tapılıb. Qadın boşanmaq istədiyi üçün bu cür işgəncə gördüyünü deyib.
O başına gələləri danışıb: “Bazar günü komendant saatı bitdikdən sonra çölə çıxdıq. Anam və bir rəfiqəmlə atamın yanına getdik. O vaxt bir qara maşın öünümüzü kəsdi. 3-4 nəfər birdən elektroşok və bibər qazı ilə üstümüzə gəldi. Qaçmaq istədim, anamı tutdular. Daha sonra anamı buraxıb, mənim saçlarımdan tutub maşına atdılar. Məni maşında döyür, deyirdilər: “Niyə boşanırsan? Bizdə boşanmaq yoxdur”. Yoldaşımın iki qardaşı və bacısı məni maşında çox döydü. Müqavimət göstərdim. Mən müqavimət göstərəndə qoluma elektroşok tətbiq etdilər. Sonra boynuma vuranda huşumu itidim. Daha sonra məni meşəlik əraziyə apardılar. Sonra biləklərimi və ayaqlarımı kəmərlə bağladılar”.
Gənc qadını döyərək işgəncə edən həyat yoldaşı həbs edilib. Onun iki qardaşı və bacısı isə sərbəst buraxılıb.
https://www.youtube.com/watch?v=fadJ-3WbRTg&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu 2 ölkə hərbçilərini Polşa-Belarus sərhədinə göndərmək istəyir
Prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında sülh yaradacağına söz verdi
Dünyada koronavirusa yoluxanların sayı bəlli oldu
İsveçdə 16 yaşlı məktəbli qız Nobel Sülh Mükafatına namizəd olub - VİDEO
Rusiyadan Gürcüstana qarşı ŞOK SANKSİYA QƏRARI
İki yük qatarının toqquşması nəticəsində 7 nəfər yaralanıb