Mbappe Messinin rekordunu üstələyərək Çempionlar Liqasının tarixinə düşüb
Fransanın “Pari Sen Jermen” komandasının futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu üstələyib.
Minval.info xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSJ-nin Belçikanın “Brügge” komandası ilə qarşılaşmasında qeydə alınıb.
Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetməylə meydana çıxmış Kilian Mbappe matçda 3 qolun müəllifi olub.
Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub.
Qeyd edək ki, PSJ rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.
Messiyə qədər isə bu nailiyyət ispaniyalı hücumçu Raula aid olub. Bir zamanlar o da (22 yaş 163 gün) yarışdakı 15 qolu ilə turnirdə fərqlənənlərdən olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı