Maşını götürmədən yolu asfaltladılar - Açıqlama-FOTO
Bakıda yol təmiri zamanı park edilmiş avtomobil olan hissəyə asfalt vurulmayıb.
“Minval.info” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə foto yayılıb.
Məlumata görə, şəkil Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, yola asfalt vurularkən həmin avtomobilin sahibi tapılmadığına görə belə vəziyyət yaranıb:
“AAYDA əməkdaşlarının sahibi olmadan hər hansı maşına toxunmağa, əl dəyməyə və onun yerini dəyişməyə ixtiyarı yoxdur. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib. Artıq bu gün o məsələ aradan qaldırılacaq, problem öz həllini tapacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"