Maşın işıq dirəyinə çırpıldı: pəncərədən çıxan ana uşaqlarını belə xilas etdi - BAKIDA - VİDEO
Bakıda baş verən dəhşətli qəza kameralara düşüb.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin yaxınlığında hərəkətdə olan “Audi” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırdır. Sürücünün qapısı tərəf açılmır. Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin ön sərnişin oturan şüşəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxardır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.
Ətrafda olan insanlar yardıma tələsir. Avtomobil isə tüstüləyir.
Ananın bu çevik hərəkəti qəza nəticəsində ağır xəsarət almanın qarşısını alır.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Videonu təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO