Masazırda “Mitsubishi” polis maşınının qapısını əzdi - VİDEO
Abşeron rayonunun Masazır dairəsində “Mitsubishi” markalı avtomobil YPX maşının qapısını sındıraraq qəza yaradıb.
Videogörüntülərdən göründüyü kimi, “Mitsubishi” markalı avtomobil hərəkət vəziyyətində olmayan 99 YP 177 nömrəli YPX avtomobilinin yanından keçərkən polis əməkdaşı ehtiyatsız davranaraq qapını açıb. Nəticədə “Mitsubishi” polis maşınının qapısını əzib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev faktla bağlı Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, hadisə ayın 12-də Masazır qəsəbəsi ərazisində qeydə alınıb:
“Sözügedən hadisə günorta saat 15:30 radələrində Masazır qəsəbəsində baş verib. Faktla bağlı hazırda Abşeron rayon polis şöbəsində araşdırma aparılır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlı usta sıfırdan zərb aləti düzəldir və ifa edir - VİDEO
“iPhone” alanlar diqqət! - VİDEO
Bakıda müştərinin telefonu partladı - ANBAAN VİDEO
Polad Həşimovun anası ağladı: “Torpaq deyə-deyə getdi, amma görmədi” - VİDEO
Azərbaycanda hər kəs bu uşaqdan danışır - VİDEO
Bakı bulvarında ilan dolaşır - VİDEO
Bakıda deputatın infarkt keçirdiyi an -VİDEO