Masaj etdirən hamilə model öldü
Tailandın Çianqmae şəhərində qəribə ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, 25 yaşlı hamilə rəqqasə və model Viravan Kedkesri ayaq masajı zamanı komaya düşüb, bir qədər sonra isə dünyasını dəyişib. Seans zamanı modelin qəfildən ürəyi gedib. Masaj salonunun personalı Viravanı ayıltmağa çalışsalar da, heç nə alınmadığını görüb həkim çağırmalı olublar. Tibbi heyət dərhal modeli xəstəxanaya aparıb.
Ancaq təcili yardım maşınında Viravan insult keçirib və ürəyi dayanıb. Həkimlər ona ağciyər arteriyasında qanın laxtalanması diaqnozunu qoyublar. Komaya düşən Viravan 6 ay sonra süni nəfəs aparatından ayrılıb.
5 yaşlı oğlu olan modelin ölüm faktını polis əvvəlcə araşdırmaq istəməsə də, KİV-in müdaxiləsindən sonra istintaq başaldılıb. Hazırda masajistin ixtisasını, hamilə qadına tay masajını etməyin mümkün olub-olmadığını araşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
