Manaf Ağayev həbs oluna bilərmi? - AÇIQLAMA
Müğənni Manaf Ağayev yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi öz üsulu ilə cəzalandırıb.
Minval.İnfo xəbər verir ki, müğənni Tolikin aparıcısı olduğu “Hər şey daxil” verilişində qonaq olan Əsədovanın yanında olduğunu zəngilə nümayiş etdirib. O, həmin şəxsi Mətanət Əsədovanın qarşısında diz çökdürüb üzr istədiyini bildirib.
Bu sözlərdən sonra sosial şəbəkələrdə Manaf Ağayev barəsində qanun pozmaları, kimisə təhqir etməsi və s. kimi fikirlər səsləndirilib.
Bəs Manaf Ağayev barəsində şikayət varmı? Onun həbs olunması realdırmı?
Məsələyə aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq. Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirdilər ki, Manaf Ağayev kiminsa haqqında danışa bilər və bu cinayət deyil.
“Müğənni deyə bilər ki, “kimisə diz çökdürdüm” və s. Əgər burada kiminsə üzərində zorakılıq xəsarətləri yoxdursa, onun xuliqanlıq hərəkətlərini təsdiq edən bir əlamətlər yoxdursa, artıq nəsə demək çətindir. Bundan əlavə Manaf Ağayev barəsində hüquq-mühafizə orqanları əməkdaşlarına şikayət edən də yoxdur. Yalnız belə hallarda həmin şəxs barədə hüquq çərçivəsində tədbir görülə bilər”, – deyə bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
